Cəmiyyət

Novxanıda ağır yol qəzası baş verib, 3 nəfər xəsarət alıb - FOTO

17 İyun 2021 08:33
Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Novxanı qəsəbəsində baş verib.

Adilzadə Anar Çingiz oğlunun idarə etdiyi "Chevrolet" markalı nəqliyyat vasitəsi "Hyundai" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Hyundai" daş hasara dəyib. Qəza nəticəsində avtomobildə olan hamilə qadın və onun əri ağır xəsarət alıb. "Chevrolet"in sürücüsü də ağır xəsarət aldığından hər üç yaralı Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisə şahidi Pərviz Əliyevin APA-ya verediyi məlumata görə, "Chevrolet" yüksək sürətlə əks yola çıxıb.

Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.