Cəmiyyət

Bakıdan Antalyaya uçan təyyarə havaya qalxmayıb - SƏBƏB

12 İyun 2021 09:57
Baxış: 1 073
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Antalya istiqamətində reys yerinə yetirməyə hazırlaşan Airbus A320 təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb.

"Azərbaycan Hava Yolları" QSC-dən Milli.Az-a verilən məlumata görə, hava gəmisinin kapitanı təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul edib.

Sonradan aparılan baxış nəticəsində mühərrikə quş girdiyi aşkar edilib.

Təyyarədə olan 142 sərnişin aviaşirkətin digər təyyarəsi ilə Antalyaya uçacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.