Cəmiyyət

Yol polisi Samuxda reyd keçirib - FOTO

12 İyun 2021 07:55
Baxış: 754
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi, piyadaların maarifləndirilməsi məqsədilə reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, reyd zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib.

Bundan başqa araşdırmalar zamanı piyadalara yol verməyən sürücülər də aşkar edilərək barələrində müvafiq təbrilər görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.