Bakı Dənizkənarı Bulvarda NARGIS Nəşriyyat evinin “Reduce, Reuse, Recycle, Respect” sərgisi açıldı - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sərgidə 15 instalyasiya, həmçinin Bakı Avropa Liseyinin şagirdləri tərəfindən hazırlanmış "Eynşteynin Portreti" paneli yer aldı. Bu instalyasiya Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə NARGIS Nəşriyyat evi tərəfindən 2019-cu ildə keçirilən ən yaxşı instalyasiya müsabiqəsində qalib seçildi.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, NARGIS Nəşriyyat evinin direktoru Aytən Hüseynova tədbirin açılışını edib, qonaqları salamladı və sərginin məqsədindən danışdı. Sonra sözü Azərbaycan Respublikası Təhsil naziri Emin Əmrullayev aldı. O, ətraf mühitlə ünsiyyətin bir mədəniyyət olduğunu bildirdi və NARGIS Nəşriyyat evinə təkrar emala yararlı tullantı materiallardan belə bir sənət əsərləri yaratdıqları üçün təşəkkür etdi. O, həmçinin uşaqların belə bir sərgidə iştiraklarının, onlara ətraf mühitə düzgün münasibət göstərməyi öyrətmək üçün ən yaxşı vasitə olduğunu qeyd etdi.
Daha sonra layihənin kuratoru Rəşad Ələkbərov çıxış etdi.
Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Göyçay Rayon İcra Hakimiyyəti, Şamaxı Rayon İcra Hakimiyyəti, Quba Rayon İcra Hakimiyyəti, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO), "Azərsu" ASC, "AzərEnerji" ASC, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), "Bakı Fond Birjası" QSC, "Azercell Telekom" MMC, Azersun Holdinq, Carlsberg Azerbaijan, Baku Steel Company, "SMTS" MMC, "Bakı Metropoliteni" QSC və Tekfen İnşaatın dəstəyi ilə təşkil edilmişdir.
Sərginin açılışında çoxlu sayda qonaq iştirak edib, onların arasında - Təhsil naziri Emin Əmrullayev, NARGIS Nəşriyyat evinin partnyor və dostları, dövlət qurumları, Azərbaycanda akreditasiya olunan səfirliklər, təşkilatlar, banklar, sığorta və digər şirkətlər, habelə rəssamlar, heykəltəraşlar, qaleristlər var idi. Tədbirdən sonra "Make the Earth Smile Again" sərgisinin açılışındakı kimi NARGIS jurnalının komandası bulvarda ağac əkdi.
"Reduce, Reuse, Recycle, Respect" sərgisi Dənizkənarı bulvarda iyunun 10-dan avqustun 1-nə kimi ziyarətçilər üçün açıq olacaq.
Sərginin nümayiş olunduğu müddətdə 5-15 yaş arası uşaqlar üçün ustad dərsləri keçiriləcək. Ekskursiyalar ərzində uşaqlar tullantıların düzgün utilizasiyası, təkrar emal edilə bilməyən materialların zərəri və tullantıların sənət əsərlərinin yaradılması məqsədilə istifadə olunması haqqında dolğun məlumat alacaqlar. İştirakçılar 5-10 və 10-15 yaş qruplarına ayrılacaq. Həmçinin məktəblər üçün ekskursiyaların təşkili nəzərdə tutulub. Uşaqlar üçün təşkil olunan ustad dərslərinə yazılmaq üçün NARGIS sosial şəbəkələrində paylaşılan anonsları izləyin.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Pensiya alanlara şad xəbər
XƏBƏR LENTİ
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı





