Su kanallarında niyə təhlükəsizlik tədbirləri görülmür? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Suyun dərinliyindən xəbərləri belə yoxdur. Hər an kanalda boğulub həyatlarını itirə bilərlər. Bu azmış kimi, onların kanalda çimmələrinin qarşısını almaq üçün heç bir təhlükəsizlik tədbiri görülmür...
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Qarabağ kanalının Yevlax rayonu ərazisindən keçən hissəsindən gedir.
Yaxınlıqda yaşayan uşaqlar sərinləmək üçün bu kanala üz tuturlar. Ancaq onlar təhlükənin fərqində belə deyillər.
Sakinlərin sözlərinə görə, kanala nəzarət olmadığından dəfələrlə bu ərazidə ölümlə nəticələnən hadisələr yaşanıb.
Samur-Abşeron kanalının Qubadan keçən hissəsində də eyni vəziyyət hökm sürür. İstənilən şəxs bu kanala gəlib çox rahatlıqla çimə bilər. Çünki burada da təhlükəsizlik tədbirləri görülmür.
Həm Qarabağ, həm də Samur-Abşeron kanalında yaşanan bu vəziyyətlə bağlı "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətindən məsələyə münasibət bildirən olmadı.
Cəlilabadda yerləşən "İncəçay"su anbarının sahə rəisi Sahib Məmmədov isə bizə yalnız ötən gün 3 nəfərin boğulması ilə nəticələnən bədbəxt hadisənin səbəblərini açıqladı.
"Kanal nəyə görə yaxşı mühafizə olunmayıb və bundan sonra təhlükəsizlik üçün hansı tədbirlər görüləcək" kimi suallarımız isə cavabsız qaldı.
Fövqəladə Hallar Nazirliyi isə vətəndaşlara çağırış edib. Nazirlikdən ''Xəzər Xəbər''ə bildirilib ki, vətəndaşlar nəzarətsiz, qeyri-çimərlik ərazilərindən istifadə etməməlidirlər. Ümumiyyətlə, süni sututarlarda və göllərdə çimərlik salınan zaman bəzi meyarlar nəzərə alınmalıdır. Suyun dib hissəsi hamar olmalı, dərinlik 1 metr 70 santimetrdən artıq olmamalıdır. Bundan əlavə, həmin ərazilərə məhdudlaşdırıcı şarlar qoyulmalıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Xətai və Suraxanıda qaz olmayacaq
XƏBƏR LENTİ
-
Evdə qalan köhnə telefonlar yanğına səbəb ola bilər - xəbərdarlıq
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Bazarlarda meyvə-tərəvəz bahalaşıb - (Video)
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
"Barselona" Keyn üçün 3 ulduzunu satışa çıxarır
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
-
Paytaxtın bu rayonlarında işıq olmayacaq
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - Yenilənib
-
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir





