Dövlət Komitəsində BMT-nin rezident əlaqələndiricisi ilə görüş olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.
Görüşdə bildirilib ki, ötən ilin payızında Azərbaycan təcavüzkar Ermənistana qarşı apardığı 44 günlük Vətən müharibəsində öz ərazilərini işğaldan azad edib, nəticədə məcburi köçkünlərin daimi yaşayış yerlərinə geri qayıtması üçün şərait yaranıb. Onların könüllü və təhlükəsiz şəraitdə, ləyaqətlə doğma yurda qayıdışını təmin etmək məqsədi ilə işğaldan azad edilmiş ərazilərin minalardan və partlayıcı qalıqlardan təmizlənməsi istiqamətində iş aparılır. Həmçinin, diqqətə çatdırılıb ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi bu prosesin uzanmasına və insan itkilərinə səbəb olur. Bir neçə gün öncə Azərbaycan Dövlət televiziyasının əməkdaşı Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTac) əməkdaşı Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.
Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur qurulacaq, məcburi köçkünlər üçün müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda olduğundan da gözəl qəsəbələr salınacaq. Qayıdış prosesində beynəlxalq təşkilatlarla əməkdaşlıq, BMT təsisatları ilə birgə fəaliyyət mühüm əhəmiyyət kəsb edir. Azərbaycan, Ermənistan, Rusiya liderlərinin 9/10 noyabr 2020-ci il tarixli birgə Bəyanatında əhalinin geri qayıdışı zamanı da BMT QAK-la əməkdaşlığın vacibliyi qeyd edilib.
Prezident İlham Əliyevin məcburi köçkünlərlə bağlı həyata keçirdiyi dövlət siyasətinə bir daha diqqət çəkilib. Həmçinin, qeyd edilib ki, münaqişənin ilk illərində ümummilli lider Heydər Əliyevin müraciəti əsasında beynəlxalq təşkilatların, eləcə də BMT təsisatlarının yardımı nəticəsində Azərbaycan humanitar fəlakətdən xilas olub.
Tərtər rayonunun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində Qulam İshaqzainin də iştirakı ilə 9 iyul 2019-cu ildə keçirilmiş "Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil" adlı BMT qurumları ilə birgə təşkil olunmuş tədbir məmnunluqla xatırlanıb.
Diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilmiş görüşdə sədr Qulam İshaqzaiyə gələcək fəaliyyətində uğurlar arzulayıb. BMT təsisatlarının əhalinin həssas kateqoriyalarından biri olan məcburi köçkünlərlə bağlı keçirilən layihələrinə görə təşəkkür bildirilib.
BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai səmimi qəbula görə təşəkkür edib. Dövlət Komitəsinin sədri onu bərpa-quruculuq işlərindən sonra işğaldan azad edilmiş ərazilərə dəvət edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir
XƏBƏR LENTİ
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq
-
Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir





