Cəmiyyət

Abid Şərifovun həyat yoldaşı məhkəməyə verildi - SƏBƏB

9 İyun 2021 14:22
Baxış: 3 141
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş nazirin sabiq müavini Abid Şərifovun həyat yoldaşı Sədayə Şərifova məhkəməyə verilib.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, S.Şərifovaya qarşı "Bulaq-2" MTK-dakı bir neçə mənzillə bağlı Binəqədi rayon məhkəməsində iddia qaldırılıb.

Belə ki, bu mənzillər Abid Şərifova vəzifədə olduğu dövrdə pay verilib. Həmin mənzillər ayrı-ayrı şəxslərə satılıb. Hazırda o evlərdə Kazımova Sədaqət Abbas qızı, Məmmədova Mahirə Mehman qızı, hidayətli Elvin Əkrəm oğlu yaşayırlar. 

S.Şərifova məhkəmədə iddia qaldırıb ki, həmin şəxslər evdən çıxarılsın. Onlar isə sənədlərinin düzgün olduğunu əsas göstərərək evdən çıxmayacaqlarını bildiriblər və onlar da S.Şərifovanı məhkəməyə veriblər.

İşə 21 iyun saat 14:30-da Binəqədi rayon məhkəməsində hakim Fuad Abdıyevin sədrliyi ilə baxılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.