Cəmiyyət

Rusiyada azərbaycanlını öldürən polisin arvadının yalanı üzə çıxdı

4 İyun 2021 23:50
Baxış: 2 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polis əməkdaşının həyat yoldaşının onun ünvanına hədə-qorxuların gəlməsi barədə dedikləri həqiqətə uyğun deyil.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Novosibirsk vilayəti DİN Baş idarəsindən yayılan məlumatda bildirilib.

"Polis əməkdaşının həyat yoldaşının sorğu-sualı zamanı müəyyən olunub ki, xanım öz vəkilinin tövsiyəsilə ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək üçün belə bəyənat verib. Onun və qohumlarının ünvanına heç bir hədə olmayıb", - deyə idarənin məlumatında qeyd olunub.

Həmçinin polis idarəsi jurnalist və bloqerləri məsələ ilə bağlı spekulyasiyalara yol verməməyə və yalnız rəsmi xəbərləri izləməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.