Cəmiyyət

KOBİA-nın “Telegram” kanalı istifadəyə verilib

31 May 2021 15:06
Baxış: 508
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Telegram" kanalı fəaliyyətə başlayıb.

KOBİA-dan Milli.Az-a verilən məlumata görə, "Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA" adlı rəsmi "Telegram" kanalında Agentliyin fəaliyyəti, sahibkarlara göstərdiyi dəstək və xidmətlər, o cümlədən "KOB Dostu" şəbəkəsi, KOB inkişaf mərkəzləri (KOBİM) və KOB evləri ilə bağlı yeniliklər, təşkil olunan təlimlər, müsabiqələr, elanlar və sahibkarlıq fəaliyyyəti ilə bağlı digər vacib xəbərlər paylaşılacaqdır. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcəkdir.

"Telegram" tətbiqini smart cihazlara yükləməklə https://t.me/smbgovaz kanalına abunə olmaq mümkündür.

Qeyd edək ki, KOBİA sosial şəbəkələr vasitəsilə kommunikasiyaya xüsusi önəm verir. Agentliyin "Telegram" kanalı ilə yanaşı, "Facebook", "İnstagram", "Linkedin" "Twitter" və "Youtube" sosial şəbəkələrində də səhifələri fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory