Cəmiyyət

Bakıda bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı

29 May 2021 10:24
Baxış: 1 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda İstiqlaliyyət küçəsində yolun bir zolağında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Milli.Az-a verilən məlumatına görə, 4-6 iyun tarixlərində Bakıda baş tutacaq 5-ci Formula 1 Qran Prisinə hazırlıq işləri çərçivəsində İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində müvəqqəti inşa olunmuş yerüstü piyada keçidinin hər iki dayaq tərəfinə mayın 29-u, səhər saat 07:00-da liftin quraşdırılmasına başlanılıb.

Liftlərdən biri Azərbaycan prospektinə düşdüyü üçün həmin yolun bir zolağında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sürücülərdən xahiş olunur ki, qeyd olunan hissədə avtomobillərini parklamasınlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.