Cəmiyyət

Qəbələnin Tövlə kəndində mavi yanacaq yoxdur - VİDEO

28 May 2021 14:02
Baxış: 1 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbələ rayonunun Tövlə kəndində mavi yanacaq yoxdur. 

Ətraf yaşayış məntəqələrində mavi yanacaq var, amma ortada Tövlə kəndi qazsız qalıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,800-dən çox sakinin yaşadığı kənddə sonuncu dəfə 1992-ci ildə təbii qaz olub. Həmin tarixdən etibarən kənd sakinləri təbii qaza həsrətdirlər.

Sakinlər deyirlər ki, kənddən 5 km aralıda magistral qaz xətti keçir. Hazırda ətraf kəndlərin hamısı qazlaşdırılsa da, Tövlə kəndində qaz yoxdur.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, kəndlərin qazlaşdırılması prosesi proqram çərçivəsində həyata keçirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.