Cəmiyyət

Növbəti komandir hazırlığı məşğələsi keçirilib - FOTO

26 May 2021 18:42
Baxış: 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə növbəti komandir hazırlığı məşğələsi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə,Komandir hazırlığında bölmələrdə "Günün nizam qaydaları"na uyğun tədbirlərin icra olunması üzrə keçirilən məşğələdə şəxsi heyət qarşıya qoyulan tapşırıqları icra edib.

Məşğələ zamanı "Vətən müharibəsinin nəticələrinin Hərbi Hava Qüvvələri baxımından təhlili" mövzusunda dərs keçirilib.

Komandir hazırlığının sonunda zabitlərin hərbi topoqrafiyadan nəzəri bilikləri və fiziki hazırlığı yoxlanılıb.

Əlahiddə Ümumqoşun OrdununTəlim-Tədris Mərkzində keçirilən yekunda bildirilib ki, hərbi hissə komandirləri və müavinləri komandir hazırlığında yüksək nəticə göstəriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.