Cəmiyyət

Şəkərli diabet xəstələrinin pensiyası kəsilib - VİDEO

25 May 2021 11:59
Baxış: 1 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən gənclərin pensiyası kəsilib.

Milli.Az xezerxeber.az-a istinadən xəbər evrir ki, yaşları 20-30 arası olan həmin gənclərin əksəriyyəti diabet səbəbindən hərbi xidmətdə olmayıb. Onlar bu və ya digər səbəblərdən iş tapmaqda da çətinlik çəkirlər. Belə vəziyyətdə pensiyalarının kəsilməsi onların çətinliyini hədsiz dərəcədə artırır.

Daha bir məqam isə bu xəstəlikdən əziyyət çəkənlərin dərmanla təminatının da pis olmasıdır. Pensiyaları verilmədiyindən öz cibləri hesabına dərman ala bilmirlər.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin mətbuat katibi Gülnar Əzizova bildirdi ki, vətəndaşların hər birinin sənəd və epiqrizlərində olan problemlərə görə onlara imtina verilib.

Qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra vətəndaşlar yenidən əlilliyin müddətinin uzadılması üçün səhiyyə müəssisəsinə müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.