Bakıda fevral ayı üçün rekord göstərici 1969-cu ildə, mənfi 10 dərəcə şaxta qeydə alınmışdı.
"Bu il fevralın 2-dən 3-nə keçən gecə qeydə alınan 5,5 dərəcə şaxta həmin gün üçün son 110 ildə qeydə alınmış rekord həddə şaxtanı təkrarlamış oldu. Sonuncu dəfə Bakıda və Abşeron yarımadasında fevralın 2-dən 3-nə keçən gecə mənfi 5,5 dərəcə şaxta 1937-ci ildə qeydə alınıb", - bunu cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.
Fevralın əvvəlindən başlayan şimal-qərb küləyi fevralın 2-də davam edib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə arabir 28-33 metrədək güclənib.
Naxçıvan Muxtar Respublikasında 6-11 dərəcə şaxta olub.
-----------
11:57
Trend-in məlumatına görə, dünən Bakıda son 110 ildə ən aşağı temperatur qeydə alınıb.