Cəmiyyət

Azərbaycanda 5 qadını fahişəliyə cəlb edən şəxsin işi MƏHKƏMƏDƏ

20 May 2021 11:29
Baxış: 1 596
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda insan alverində ittiham olunan Nurəsdə Əlimuradovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İradə Həsənzadənin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Nurəsdə Əlimuradova Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

O, maddi gəlir əldə etmək üçün bir qrup Azərbaycan vətəndaşı olan qadınları fahişəliyə cəlb etməklə insan alveri cinayəti törədib.

Onun cinayət işi üzrə 5 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Nurəsdə Əlimuradovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.