Cəmiyyət

Xırdalanda 4 uşaq acınacaqlı vəziyyətdə yaşayır - VİDEO

18 May 2021 18:36
Baxış: 1 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkədə Xırdalan şəhərinin "Bombey" adlandırılan məhəlləsində 4 uşağın çox pis şəraitdə, paltarsız yaşamaları ilə bağlı görüntülər yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə paylaşım edib. Onun bildirdiyinə görə, uşaqların ən böyüyünün 6, ən kiçiyinin isə 1 yaşı var. Uşaqların anaları isə narkotik aludəçisidir və yaxın vaxtlarda 5-ci övladını dünyaya gətirəcək.

Paylaşımdan görünür ki, uşaqlar paltarsız halda küçədə oynayırlar. Videoda eyni zamanda uşaqların evi olduğu deyilən darısqal otaq da görüntülənib. Sözügedən yerin yaşamaq üçün heç bir şəraiti yoxdur.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Hafiz Mikayılovla əlaqə saxladıq. İcra rəsmisi bildirdi ki, həmin azyaşlıların vəziyyətindən təzəlikcə xəbər tutublar və yaxın saatlarda onların olduğu yerə baxış keçiriləcək:

"Bombey" deyilən ərazi haradırsa, o ünvanı biz bilmirik. Artıq K. Ağazadə ilə danışılıb, bir neçə saatdan sonra Kəmalə xanım, İcra Hakimiyyətinin nümayəndələri və polislərlə birgə həmin əraziyə baxış keçiriləcək. Əgər həmin uşaqları uşaq evinə yerləşdirməsinə ehtiyac olarsa, onlara hər cür köməklik olunacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.