Cəmiyyət

Laçının deputatı arağını şəhidin adına yaradılmış bulaqda soyudur - KEF MƏCLİSİNDƏN FOTOLAR

18 May 2021 22:23
Baxış: 8 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxs orada olan zaman kef məclisi qurub.

Anews.az xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb.

Belə ki, Laçınla bağlı bir verilişin çəkilişlərindən sonra istirahət etmək və içki məclisi qurmaq istəyən şəxslər özlərinə məskən kimi Vətən uğrunda şəhid olmuş şəxsin adına yaradılmış bulağı seçiblər.

Həmin bulağın sərin sularında özləri ilə götürdükləri araqlarını soyudan və eyş-işrətlə məşğul olan şəxslərin arasında millət vəkili, Laçın rayonunun deputatı Mahir Abbaszadə, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev də var.

Deputatın arağını soyutduğu bulağın həmin şəhidin məzarından 5-6 metr aralıda yerləşməsi isə vəziyyəti daha çirkinləşdirir.

Görünür öz səfərlərindən və məclislərindən vəcdə gələn deputat və Komitə rəsmisi şəhidə, onun xatirəsinə hörmətsizlik etdiklərinin fərqinə varmayıblar.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.