Cəmiyyət

Qaza görə abonentə yazılan əsassız borc silinmir - VİDEO

17 May 2021 11:49
Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sayğaca müdaxiləyə görə borc yazılıb, amma məhkəmə əksini sübut edib. İmişli rayon sakini Mehdi Məmmədov qəribə vəziyyətlə üzləşib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, mənzilində quraşdırılmış qaz sayğacına müdaxiləni əsas gətirərək ''Azəriqaz'' İstehsalat Birliyi tərəfindən itirilmiş qazın bərpası üçün ona borc yazılıb.

Mehdi Məmmədovun sözlərinə görə, laboratoriyadakı ilk yoxlanışdan sonra yazılmış borc bir qədər azaldılıb. Vətəndaş borcun əsassız olduğunu iddia edərək məhkməyə müraciət edib.

İmişli rayon məhkəməsi tərəfindən vətəndaşın xeyrinə qərar çıxarılıb. Amma vətəndaş borcun ləğv edilmədiyini deyir.

''Azəriqaz'' məsələdən xəbərdardır. Qurumdan bildirilib ki, vətəndaş mövcud sənədlərlə qurumun baş ofisinə və rayon şöbəsinə müraciət etməlidir.

Bundan sonra isə quruma təqdim edilmiş sənədlər araşdırılacaq və icraya yönəldiləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.