Cəmiyyət

Bakıda qanunsuz tikili sökülüb - VİDEO

16 May 2021 10:29
Baxış: 1 165
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Xətai rayonu, Yavər Səfərov küçəsində qanunsuz tikili sökülüb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Bakı şəhər regional tikinti müfəttişliyinin rəisi Bəxtiyar Tağıyev bildirib ki, nazirliyin 112 qaynar xəttinə daxil olan müraciət əsasında qanunsuz tikintinin aparılması aşkar edilib və işlər dərhal dayandırılıb.

Bəxtiyar Tağıyev bildirib ki, tikinti zamanı qanunvericiliklə nəzərdə tutulan normalar pozulub.

Tikintiyə dair heç bir icazə sənədinin olmadığını etiraf edən qanunsuz tikilinin sahibi Şərqiyyə Salmanova ailəsi ilə birlikdə uzun illər kirayədə yaşadığını və ərazidə fərdi ev tikmək istədiyini bildirib.

Bəxtiyar Tağıyev əlavə edib ki, bayram günlərindən istifadə edərək bəzi vətəndaşlar tərəfindən belə cəhdlər edilir və məlumat daxil olan kimi müvafiq tədbirlər görülür. Proses bundan sonra da davam etdiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.