Cəmiyyət

İdarə rəisi bəraət alaraq azadlığa çıxdı, prokurorluq protest verdi

7 May 2021 10:27
Baxış: 2 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prokurorluq "Bakılift -2" İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanova verilən bəraət hökmündən protest verib.

Milli.Az APA-ya istinadən bildirir ki, protest Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun icraatında araşdırılır.

Məhkəmənin ilkin baxış iclası keçirilib, növbəti iclasmayın 18-ə təyin edilib.

Qeyd edək ki, "Bakılift -2" İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanov dövlət büdcəsindən yaşayış binalarında 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan 2 milyona yaxın vəsaiti mənimsəməkdə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən onun barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.