Boru vasitəsilə dənizə çirkab axıdanlar kimdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə Bakının Səbail rayonu ərazisində, Bibiheybət məscidinin yaxınlığında dənizə boru vasitəsilə tullantıların axıdılmasını əks etdirən görüntülər yayılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüntüləri çəkən şəxslər həmin tullantıların neft məhsulu olduğunu və SOCAR-a məxsus ərazidən axıdıldığını iddia ediblər: "Suyun rəngi qap-qaradır. Səhər tezdən axşama kimi bu boru vasitəsilə neft dənizə vurulur. İllərdir ki, bu belə davam edir".
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, sosial şəbəkələrdə yayılan görüntülərdən xəbərdardırlar. Artıq bununla bağlı nazirlik yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları ərazidədir və araşdırma aparılır.
SOCAR-ın mətbuat xidmətindən isə saytımıza deyilib ki, sözügedən ərazi SOCAR-a aid olsa da, boru şirkətə məxsus deyil.
Araşdırma nəticəsində həmin borunun "Azərsu" ASC-yə məxsus olduğu məlum olub. "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qafqazinfo-ya açıqlamasında qeyd edib ki, qurumun əməkdaşları ərazidə olub və tullantıların axıdıldığı hissəyə baxış keçiriblər.
"Həmin boru əvvəllər neft sularının axıdılması üçün istifadə olunub, sonradan "Azərsu" ASC-nin balansına verilib. Gələcəkdə həmin xəttin Bayıl-Bibiheybət-Lökbatan kollektoruna qoşulmasıyla bağlı layihə işlənib hazırlanacaq və problem aradan qaldırılacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)





