Koronavirusun müalicəsində istifadə olunan dərmanlar ürəyə mənfi təsir edə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
COVID-19 müalicəsində istifadə olunan dərmanlar ürəyə mənfi təsir edə bilər.
Milli.Az Trend-ə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin baş kardioloqu Yusif Nağıyev deyib.
O bildirib ki, COVID-19 üçün istifadə olunan bir sıra dərmanların kardiotoksik təsiri var: "COVID-19 olan xəstələrdə dərman müalicəsinin proaritmogen təsiri səbəbindən aritmiyaların inkişaf edə biləcəyi barədə məlumatlar əldə olunub. Belə ki, xəstənin EKQ-də QT intervalın uzanması səbəbindən "piruet" tipli ölümcül mədəcik taxikardiyasının ortaya çıxma riskinin artması haqqında. Aspirin, klopidogrel, varfarin, kleksan kimi qan durulducularını qəbul edərkən daxili qanaxmanın qarşısını almaq üçün onların, virus əleyhinə dərmanlarla qarşılıqlı təsiri nəzərə alınmalıdır.
Bu gün ürək-damar sisteminə təsir edən dərmanları qəbul edən xəstələrdə koronavirus infeksiyasının ağır gedişli riski haqqında məlumat yoxdur. İndiki mərhələdə beynəlxalq tibbi cəmiyyətlərin mövqeyi birmənalıdır: COVID-19-a yoluxan xəstələrdə ACE inhibitorlarının və ya ARB-lərin istifadəsinin ləğvi, xüsusilə hipertoniya, XÜÇ və ya əvvəlki Mİ olan xəstələrdə ürək-damar ağırlaşmaları riskini artıra bilər. Bundan əlavə olaraq, arterial təzyiqinə daha yaxşı nəzarət edən RAAS inhibitorlarının hipertenziv şəxslərdə immun sisteminin balanssızlığı qismən məhdudlaşmasına kömək edə bilər. Bu səbəbdən, mütəxəssislərin çoxu, ÜDX müalicəsi üçün bir çox dərman preparatların faydalı təsir göstərə biləcəyini, ürək xəstəliyinin pisləşməsinin və COVID-19 infeksiyasından ciddi ağciyər zədələnməsinin riskini azaltdığını göstərir. Buna görə antihipertenziv dərmanların qəbulu tam şəkildə davam etdirilməlidir".
Baş kordioloq bildirib ki, COVID-19 testi pozitiv çıxan xəstənin vəziyyəti təcili xəstəxanaya yerləşdirməsini tələb etmirsə o, evdə müalicə oluna bilər: "Xəstənin mənzilində ayrıca bir otaq olmalıdır və həkimin bütün reseptlərinə əməl edilməlidir. Yaşlı insanlarla birlikdə yaşayan və ya xroniki xəstəlikləri olan pasiyentlər xəstəxanaya göndərilməlidir. Evdə müalicə alarkən xəstənin vəziyyəti pisləşirsə o, hospitalizasiya olunmalıdır. Yaşlıların evdə müalicəsi digər yaşdakı xəstələrin müalicəsindən heç bir şəkildə fərqlənmir; xüsusi dərmanlar yoxdur. Yaşlı insanlar ilk növbədə sağlamlığı qorumaq üçün ümumi tövsiyələrə əməl etməlidirlər. Onlar üçün mütəmadi fiziki aktivlik vacibdir (gündə ən az 20 dəqiqə) və balanslı qidalanma. Müsbət münasibət və yaxınları ilə davamlı ünsiyyət çox vacibdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
XƏBƏR LENTİ
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)





