Cəmiyyət

Ermənilərin terrorçu yuvasına çevirdiyi Xanlıq kəndində yeni dövr başlayır - Trend TV-nin REPORTAJI

3 May 2021 16:39
Baxış: 1 330

Vaxtilə Qarabağda məhşur xalçası ilə tanınan, 30 illik erməni işğalı zamanı isə talan edilərək terroçu məskəninə çevrilən Qubadlının Xanlıq kəndində indi yeni həyat başlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, kəndin Xanlıq adlandırılması təxminən 18-ci əsrə təsadüf edir və Qarabağ xanı Pənahəli xanın şəcərəsi ilə bağlıdır. Kənd eyni zamanda Azərbaycanın məşhur xalçaçılıq mərkəzlərindən biri olub. Burada toxunan Xanlıq xalçası dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşısı hesab olunub.

Ermənilər bu kəndi işğal etdikdən sonra daş-daş üstə qoymayıblar. Xanlıqdakı bütün evlər dağıdılıb, talan edilib, xarabalığa çevrilib. 2014-cü ildən isə Dağlıq Qarabağdakı separatçı rejim Xanlıq kəndinin adını dəyişərək eybəcər İşxanadzor adı vermişdi.

Quldur rejim Həkəri çayı sahilində yerləşən Xanlıq kəndinə 100-dən çox erməni ailəsi yerləşdirmişdi ki, bunların əksrəiyyəti Suriyadan gətirilmiş terrorçu ermənilər idi. Həmin ailələrin kənddə daimi qalması üçün orta məktəb, tibb məntəqəsi tikilmiş, kənd təssərüfatı ilə məşğul olan ailələrə isə avtomobillər və traktorlar verilmişdi. Bütün bu işlər hər il dekabrın 28-də ümumerməni lotereya oyunundan qazanan pullar hesabına görülüb. Eyni zamanda Qarabağda qanunsuz məskunlaşma siyasətini koordinasiya edən Diasporla İş Üzrə Komissarlıq və Tufenkyan fondu da prosesə külli miqdarda maliyyə ayırıb. Onların maddi və siyasi dəstəyi ilə Suriya və Livandan Qarabağa gətirilən müzdlu döyüşçülər uzun müddət bu ərazilərdə hərbi təlimlər təşkil edərək döyüş hazırlığı keçiriblər.

44 günlük Vətən müharibəsi zamanı Qəhrəman Azərbaycan ordusu düşmənə öldürücü zərbələr vurduqdan sonra digər yaşayış məntəqələri kimi Xanlıq kəndi də erməni işğalından azad olundu. Son aylarda kəndin ərazisi Minatəmizləmə Agentliyi tərəfindən sürətlə minalardan təmizlənir. İlkin mərhələdə əsasən əkin təyinatlı torpaqların təmizlənməsi həyata keçirilir. Bu günə kimi miatəmizləyənlər kəndin 2 milyon kv.metr sahəsini minalardan təmizləyib. Kəndin minalardan təmizlənən hektarlarla torpaqlarında Kənd Təsərrüfatı nazirliyi buğda səpini aparıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.