Cəmiyyət

Uqandalı yetim-yesirə su quyusu qazdıran, məscid tikdirən azərbaycanlılar...

1 May 2021 12:49
Baxış: 1 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropada yaşayan Türkiyə və Azərbaycan vətəndaşları Afrika ölkəsi Uqandanın ucqar Kubula və Kamuli bölgələrində 3 məscid tikib, 3 su quyusu qazdırıb və yerli sakinlərin ixtiyarına verib. Bu xeyriyyəçilik fəaliyyətini həyata keçirənlərin adları göstərilmir, amma "Anadolu" agentliyi  yazır ki, açılış mərasimlərində çoxsaylı uqandalılar onlara dualar ediblər.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir k, xeyriyyəçilik aksiyası mərkəzi Avropada olan və Türkiyə vətəndaşlarının qurduğu "Help" Yetim İnsani Yardım Təşkilatı tərəfindən həyata keçirilib. Aksiya çərçivəsində yüzlərlə uqandalıya ərzaq yardımları paylanıb, uşaqlara hədiyyələr verilib.

Uqandalı uşaqlar məscidin içərisində Quran oxuyublar, duaların ardınca məscidlər təkbir, dua, salavat və alqışların müşaiyəti ilə açılıb. "Help" Yetim Təşkilatınının başçısı Cahit Ataş deyib ki, məscidlər yerli əhalinin istifadəsinə verilib, açılan su quyuları isə içməli su sarıdan korluq çəkən sakinlər üçün həyat mənbəyi olacaq.

Cahit Ataş bildirib ki, Afrikanın ən yoxsul və yardıma ən çox möhtac olan ölkəsi Uqandada xeyriyyəçilik aksiyalarını genişləndirəcəklər. O, təşkilata ianə verənlərə minnətdarlıq edib. Uqandalıların ixtiyarına verilən məscidlərdə eyni vaxtda 250 nəfər ibadət edə biləcək, təşkilat daha 11 su quyusu qazmaq üçün işlərə başlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.