Cəmiyyət

Xudayara lağ edən görün kim imiş - ARB-də ŞEİR deyir - VİDEO

29 Aprel 2021 12:22
Baxış: 11 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəhid Xudayar Yusifzadəni ələ saldığı üçün döyülən Fuad Rəsulzadə ilə bağlı yeni xəbər var.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, F.Rəsulzadə əslində televiziyaya yad sima deyil. O, ARB TV-də şeirlərini səsləndirib, SPACE TV-də "El bizim sir bizim" verilişində qonaq olub. Bundan başqa o, "Hekayəm var" "Stand up" şousunda aktyor kimi səhnə alıb.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi şəhid Xudayar Yusifzadə barəsində istehza ilə paylaşım edən sosial şəbəkə istifadəçisinin döyülməsi ilə bağlı araşdırmalara başlayıb. Polis F.Rəsulzadəni döyən şəxsləri axtarır.

Qeyd edək ki, F.Rəsulzadə "Tvitter"də "Əhməd" adlı hesabla "Xudayar çoxdandı təzə mahnı buraxmır" deyə istehza dolu paylaşım etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.