Cəmiyyət

Döyülən gəlinlə qayınanasının ifadələrində ziddiyyət var - RƏSMİ AÇIQLAMA

28 Aprel 2021 21:20
Baxış: 1 984
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Lənkəran şəhəri Yuxarı Nüvədi kəndində gəlinin qayınanası tərəfindən döyülməsi faktı ilə bağlı məsələ araşdırılır".

Milli.Az xəbər verir ki, bBunu lent.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Teymur Mərdanoğlu bildirib. 

Onun sözlərinə görə, sosial şəbəkələrdə məlum görüntülər yayılan kimi komitə tərəfindən dərhal aidiyyəti qurumlar məlumatlandırılıb: 

"Rayon İcra Hakimiyyəti başçısının müavini, monitorinq qrupunun rəhbəri Vəsilə Arifqızı komitəyə məlumat verərək bildirib ki, məsələnin araşdırılması məqsədi ilə ailə icra hakimiyyətinə dəvət olunub. Eyni zamanda polis əməkdaşları tərəflərin onların ifadəsini alıb. Hazırda faktla bağlı araşdırma aparılır".

Teymur Mərdanoğlu həmçinin gəlinlə qayınanasının ifadələrində bəzi ziddiyyətli məqamların olduğunu bildirib: "Onlar icra hakimiyyətinə dəvət olunub ki, daha da dəqiq araşdırma aparılsın. İstənilən halda, görüntülərdən də görünür ki, burada şiddət və zorakıllıq var. Bu da təbii ki, yolverilməzdir. Şikayət olmasa belə bu məsələyə hüquqi qiymət veriləcək". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.