Cəmiyyət

İtkin düşən Aytəkin 3 ay sonra tapıldı

26 Aprel 2021 18:54
Baxış: 3 193
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Goranboyda üç ay əvvəl itkin düşən 24 yaşlı gənc qadın tapılıb.

Milli.Az bildirir ki, bu barədə qafqazinfoya DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, Goranboy sakini Aytəkin Hüseynova ailəsinə təhvil verilib.

A.Hüseynova polis əməkdaşları tərəfindən Bakıda tapılıb.

Qeyd edək ki, Goranboy rayonu, Kələk kənd sakini, 1997-ci il təvəllüdlü Aytəkin Hüseynova bu ilin fevral ayının 6-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.