Cəmiyyət

Bakıda tikinti şirkəti vətəndaşların həyatı üçün təhlükə yaradır - VİDEO

22 Aprel 2021 11:34
Baxış: 903
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda aparılan tikinti işləri vətəndaşların həyatı üçün təhlükə yaradır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Mehdi Mehdizadə küçəsindən gedir.

Tikinti aparılan əraziyə nə xəbərdarlıq nişanı qoyulub, nə də hər hansısa xətt çəkilib.  Xüsusilə, bugünkü küləkli havada yaşayış binasından düşən hansısa tikinti materialı vətəndaşın zərər görməsi, hətta həyatını itirməsi ilə nəticələnə bilər.

Vətəndaşlar bildirirlər ki,  tikintidən ehtiyat edərərək səkidən yola düşmək məcburiyyətində qalırlar. Bu zaman digər bir təhlükə ilə qarşılaşırlar.

Çəkiliş zamanı rastlaşdığımız iş icraçısı Mahir Mahmudov vəd edib ki, yaxın günlərdə bu problem həll olunacaq.

Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən rəsmi açıqlamada isə qeyd olunub ki, həmin ünvanda araşdırma aparılır.

Qanun pozuntusu aşkar edildiyi halda müvafiq tədbirlər görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.