Cəmiyyət

Şəhid Eşqin Cəfərzadənin şərəfinə xatirə parkı salınıb - VIDEO

21 Aprel 2021 13:04
Baxış: 975
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirmiş hərbçilərimizdən bir də Eşqin Cəfərzadə olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Eşqin Cəfərzadə Lənkəranın Darquba kəndində anadan olub.

Eşqin II Qarabağ müharibəsində öz döyüş yoldaşları ilə Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı torpaqlarının azad olunmasında qəhrəmanlıq göstərib.

O, 21 oktyabr tarixində Qubadlının  azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Qəhrəmanımız  "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə"  medalları ilə təltif edilib.

Şəhidlik zirvəsinə ucalan Eşqin Cəfərzadənin şərəfinə bu gün doğulduğu Darquba kəndində xatirə parkının açılışı olub. Bu gün həm də qəhrəmanın 24 yaşı onsuz qeyd edilib. Çıxışlardan sonra  şəhidin xatirə barelyefi təqdim olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.