Cəmiyyət

Rəşad Mahmudov: "Azərbaycanda 3500-ə yaxın dializ xəstəsi var"

20 Aprel 2021 17:26
Baxış: 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycanda 3500-ə yaxın dializ xəstəsi var".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu "Orqan bağışı problemi və transplantasiya" mövzusunda keçirilən elmi konfransda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

O bildirib ki, illərdir Azərbaycanda dializ xəstələri üçün dövlət proqramı var: "Bir dializ xəstəsi üçün dövlət büdcəsindən illik ortalama 10 min manat xərclənir. Həmin xəstənin 8-10 il yaşadığını düşünsək, onun müalicəsi üçün 80-100 min manat vəsait ödənilir. Transplantasiya həyata keçirilmiş xəstə həftədə bir neçə dəfə dializə getməkdən xilas olur. Həmçinin transplantasiya iqtisadi cəhətdən də səmərəlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.