Cəmiyyət

Regional idarəyə yeni rəis təyin olundu

16 Aprel 2021 17:42
Baxış: 1 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinə yeni rəis təyin olunub.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı "Azəriqaz" İstehsalat Biorliyinin Baş direktoru əmr imzalayıb. Əmrə əsasən, idarə rəisi vəzifəsi Azər Hacıbək oğlu Abasova tapşırılıb. A.Abasov bu təyinata qədər "Azəriqaz" İB-nin Metrologiya Departamentinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Tərtər Regional qaz istismarı İdarəsinin öncəki rəisi Rəşad Cavadov isə bu günlərdə Birliyin baş direktorunun satış üzrə müavini vəzifəsinə təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.