Cəmiyyət

Vətən müharibəsinin cəsur döyüşçüsü - Şəhid Xəqani Məmmədov 4 medalla təltif edilib - VİDEO

10 Aprel 2021 13:06
Baxış: 1 442
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində şücaət göstərmiş hərbçilərimizdən biri də Xəqani Məmmədov olub.

Milli.Az xezerxeber-ə istinadən bildirir ki, Vətən müharibəsi başlayanda Xəqani Məmmədov 6 ayın əsgəri olub.

O, müharibənin ilk günlərindən döyüşlərə qatılıb.

Yaxınlarının sözlərinə görə, o, hər zaman şəhidlikdən danışar və "şəhidliyin zirvəsi ucalıqdır" deyərdi. Döyüşlər vaxtı valideynləri ilə telefonla danışarkən də tezliklə evə gələcəyini bildirib.

Suqovuşan istiqamətində döyüşlərdə iştirak edən Xəqani Məmmədov hər zaman şücaəti və cəsurluğu ilə seçilib. Oktyabrın 4-də qumbaraatanla düşmən səngərinə bir neçə qumbara atıb. Özü də səngərə hücum edərkən minaatan mərmisinin qəlpəsindən şəhidlik zirvəsinə ucalıb. Ailəsi onun bədənindən çıxarılan qəlpələri yadigar olaraq saxlayır.

Xəqani Məmmədov ölümündən sonra 4 medalla təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.