"Dörd qardaşın dastanı..." filmi çəkilib - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
44 günlük döyüşlərdə vuruşmuş 4 qardaş haqqında sənədli film çəkilib. "Dörd qardaşın dastanı..." filmi Vətən müharibəsində iştirak etmiş 4 qardaşın qəhrəmanlığı, keçdikləri döyüş yolundan danışır. "Azərbaycantelefilm"in istehsalı olan bu ekran əsərinin çəkilişləri əsasən Tovuz rayonunun ərazisində, xüsusilə Dondarquşçu kəndində aparılıb. Tovuz rayon İcra Hakimiyyəti və Qarabağ müharibəsi veteranı, millət vəkili Arzu Nağıyevin dəstəyi ilə çəkilən filmin senari müəllifi və rejissoru Elnurə Kazımovadır. Redaktoru Sadıq Elcanlı, direktoru Sahib Heybətovdur.
Filmin yaradıcı heyətinə Elxan Rüstəmov, Elşən Bədəlov (operatorlar), Azər Kərimov (dron operatoru), Yaqub Həsənov (montaj rejissoru), Ceyhun Ağayev (səs rejissoru), Əliabbas Qasımov, Fərid Rəsulov (səs operatorları), Vəfa Bağırova (komputer qrafikası), Məlahət Əhməd (produsser) və başqaları daxildir. Mətni Toğrul Səfərov və Gülnar Səma oxuyub.
Filmdə Dövlət Təhlükəsizlik xidmətinin, Müdafiə Nazirliyinin, Azərbaycan Televiziya və radio verilişləri QSC-nin arxiv materiallarından istifadə olunub.
Üçü ixtisaslı zabit, biri müddətdən artıq xidmət edən qulluqçu olan qardaşların ataları Mahir müəllim də birinci Qarabağ döyüşlərinin fəal iştirakçısı olub.
Səməd, Elnur, Kamran Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunu kimi Vətən müharibəsində hava hücumundan müdafiəni təmin ediblər. Afiq isə Murovda artillerist sürücü kimi hərbi silah-sursatın çatdırılmasında xüsusi fədakarlıq göstərib. Filmdə qardaşların döyüşlərdə göstərdiyi müstəsna xidmətlər, Vətən müharibəsi zamanı körpəsindən yaşlısına kimi insanlarda olan Vətən sevgisi, vətən eşqi işıqlandırılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Soda İbrahimiyə edam cəzası verildi
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"
-
Bədii gimnastların zəriflik şousu başa çatdı - (Foto)
-
Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir
-
Ən paxıl BÜRCLƏR – Gözlərinə görünməyin
-
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı - (Foto)
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)
-
Bakıda dəbdəbəli toy: Demet Akalın, Aygün, Röya səhnə aldı - (Video)
-
Dünyada ən çox maaş alan lider odur
-
Qeri Mayers vəfat etdi - (Foto)
-
Venesiya Film Festivalının qalibləri açıqlandı: "Qızıl Şir"i kim aldı? - (Foto)
-
Kralın dəfnindən 2 gün sonra bacısı öldü - (Foto)
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Macarıstan hökuməti Britaniya Kralına hədiyyə olunan atları geri istəyib
-
Sabah 33 dərəcə isti olacaq
-
Yoxa çıxan gəmidəkilərdən 103 nəfəri xilas olundu - 140 itkin var - Yenilənib
-
"Liverpul" Alissonla bağlı qərar verdi
-
Dubayda milyonerin qarajı heyrətləndirdi: Hər ay lüks maşın alır - (Video)
-
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
-
"O, həyatı boyu ürəyini dəyişmədi" - (Video)
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər var





