Cəmiyyət

Zəngilanda ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb - ETSN

7 Aprel 2021 20:15
Baxış: 825
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Zəngilan rayonu ərazisində ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov deyib.

O bildirib ki, Oxçuçay üzlük daşı yatağının ümumi ehtiyyatı 6 618 min kubmetrdir. İşğal dövrünə kimi yataqda istismar işləri aparılmayıb: "İşğal zamanı yatağın Alabaşlı sahəsində istismar işləri aparılıb. Yataqda düşmən tərəfindən aparılan istismarın həcminin və dəymiş zərərin müəyyənləşdirilməsi üçün geoloji-təftiş işlərinin aparılmasına ehtiyac var. Yatağın ehtiyyatı üzlük daşı və çınqıl xammalı kimi öyrənilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.