Cəmiyyət

Zəngilanda ağac əkilən ərazilər vaxtilə sıx meşəlik olub - Firdovsi Əliyev - FOTO

7 Aprel 2021 16:23
Baxış: 539

Zəngilanda ağac əkilən ərazilər vaxtilə sıx meşəlik olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Nazir müavini deyib ki, işğaldan sonra bu yerlər ekoloji terrora məruz qalıb:

"Jurnalistləri Zəngilana gətirməkdə məqsədimiz odur ki, erməni vandallarının məhv etdiyi meşələrimizi və ekoloji terroru sizlərə göstərməkdir. İlkin araşdırmalara görə, işğala qədər 228 min hektara qədər ərazi meşə ilə örtülü olub. Onun 54 min hektarı məhv edilib. Monitorinqlər davam etdikcə onların məhv etdiyi ərazilərin miqyası daha çox olacaq".

Nazir müavini qeyd edib ki, əsas məqsəd tez bir zamanda Qarabağ bölgəsini yaşıllığa qərq etməkdir: "Təəssüf ki, hər şey bizim iradəmizdən asılı deyil. Ərazilərin çoxu minalanıb. Minalar təmizləndikcə ağacəkmə aksiyalarımız davam edəcək. Ermənilərin təbiətimizə vurduğu yaraların qısa bir zamanda sağalması istiqamətində hamımız səfərbər olmalıyıq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.