Cəmiyyət

“İdeal”ın keçmiş sahibi həbs olundu

6 Aprel 2021 18:49
Baxış: 1 560

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbs olunub.

Milli.Az bildirir ki, bu barədə APA-ya onun vəkili Gülnar Quluzadə məlumat verib.

O bildirib ki, İlqar İsmayılov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla Cinayət  Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək saxlanılıb.

İ. İsmayılov ötən gün Binəqədi Rayon Məhkməsində hakim qarşısında çıxarılıb və barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.