Cəmiyyət

Lənkəranda oyuncaq tapançalı “polis” saxlanıldı - FOTO

6 Aprel 2021 18:58
Baxış: 1 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran rayonunun Göyşaban kənd sakini Elsevər Cəfərzadə idarə etdiyi "Mercedes" markalı avtomobillə rayon ərazisində saxlanılaraq Lənkəran polis bölməsinə gətirilib.  

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, onun əynində arxa hissəsinə iri şriftlərlə "Polis" sözü yazılmış gödəkçə, sifətində üzərində "polis" sözü yazılmış qoruyucu maska, kəmərində antenalı olmaqla xüsusi vasitə olan əl radiostansiyasını xatırladan mobil telefon aşkarlanıb. İdarə etdiyi avtomobildən isə polis əməkdaşının fərqlənmə nişanı olan şevronlar, polis baş serjantı paqonları, bir ədəd qara kaburun içində oyuncaq tapança və 1 ədəd qara rəngli maska aşkar edilib.  

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.