Müəllimlər Koreya proqramı əsasında təlimdən keçəcəklər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koreya proqramı əsasında müəllimlər üçün təlimlərə müraciət qəbul olunur.
Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, "Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin Yaradılması" texniki yardım layihəsi çərçivəsində seçilmiş 35 təhsil işçisi üçün təlim proqramı uğurla başa çatıb.
Azərbaycan və Koreya hökumətləri arasında həyata keçirilən təlim proqramı Koreyalı mütəxəssislər tərəfindən təşkil olunub. Təlim proqramının məqsədi effektiv onlayn təhsilin təmin edilməsi üçün elektron məzmunun yaradılması istiqamətində Koreya təcrübəsindən faydalanmaq olub.
Hazırda layihənin davamı olaraq, proqramı bitirən təhsil işçiləri tərəfindən 300 müəllim üçün elektron məzmunun yaradılması üzrə təlimlərin təşkili planlaşdırılır.
Təlimlərdə iştirak edəcək müəllimlər onlayn təhsil üçün təlim proqramlarının yazılması, videodərslərin hazırlanması üzrə biliklərə yiyələnəcək və təhsildə rəqəmsal texnologiyalardan istifadə bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər. Təlimlərin onlayn formatda qeyri-iş vaxtları və gündəlik 2 saat ərzində keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihə çərçivəsində Koreya təcrübəsi əsasında milli elektron məzmunların yaradılması və video çəkilişi məqsədilə studiyanın qurulması istiqamətində işlər aparılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)





