Cəmiyyət

Paytaxtın rayonları üzrə koronavirusa yoluxma göstəriciləri açıqlanıb

27 Mart 2021 13:06
Baxış: 3 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

Milli.Az koronavirusinfo.az saytına istinadla xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,2 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,3 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,9 faizi Nəsimi, 6,9 faizi Nizami, 6,9 faizi Xəzər, 5,1 faizi Qaradağ, 5,1 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,9 faizi paytaxtda qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.