Cəmiyyət

Vərəmə yoluxmada azalma əslində bir faciədən xəbər verir

25 Mart 2021 15:22
Baxış: 914
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Vərəmlə mübarizədə bir müvəqqəti azalma müşahidə edirik. Bunun da səbəbi əslində aşkarlanmanın azalmasıdır".

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Sağlamlığa Xidmət İctimai birliyinin icraçı direktoru, Vərəmlə Mübarizə üzrə Avropa Koalisiyyasının idarə heyətinin üzvi Pərvanə Vəliyeva 24 mart Vərəmlə Beynəlxalq Mübarizə Günü ilə bağlı keçirilən tədbirdə deyib.

"Sosial təcrid dövründə insanlar tibb müəssisələrinə üz tutmaqdan çəkindilər. Bu və bu kimi amillər nəticəsində insanlar vaxtında tibb müəssisələrinə müraciət etmədilər, nəticədə nəinki Azərbaycanda, eləcə də bütün dünyada vərəmin aşkarlanması faktı azaldı".

O bildirib ki, hazırda lazımi addımlar atılmasa, yəni vərəmin vaxtında aşkarlanması baş tutmasa, biz vərəmlə mübarizədə 8 il geriyə getmiş olacağıq:

"Deadly Divide" hesabatına görə, vəziyyət bu cür davam edərsə, bununla biz 8 il öncəki rəqəmlərə geri dönəcəyik. Yəni, vərəmdən ölüm halları nə qədər idisə, elə də olacaq".

Qeyd edək ki bu gün Beynəlxalq Vərəmlə Mübarizə Günüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.