Cəmiyyət

Azərbaycanda yeni ştamm aşkarlandı

18 Mart 2021 12:22
Baxış: 5 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq "Sars Cov-2" genom analizləri edilərək şübhəli variantlar təqib olunur.

TƏBİB-dən Milli.Az-a verilən məlumata görə, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində "Sars Cov-2" genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

Qeyd edək ki, ölkəmizdə koronovirus əleyhinə istifadə olunan "Coronavac" vaksini yeni ştammlara qarşı da effektivdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.