Biləsuvarda qadın bədbəxt hadisə nəticəsində ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini, 1947-ci il təvəllüdlü Zəminə Həziyeva Bolqarçayda boğulub.
İlkin ehtimala görə, qadın ehtiyatsızlıqdan çaya düşüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az