Cəmiyyət

Gübrə almaq asanlaşıb - VİDEO

16 Mart 2021 14:02
Baxış: 1 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kənd təsərrüfatında gübrələmə ilə bağlı yeni mövsümə start verilib.

Payızlıq əkinlərdə yemləmə gübrələrinin tətbiqinə başlanılıb. "Aqroservis" ASC mövsümi mineral gübrələrlə anbarları təchiz edib və fermerlərin istənilən zamanda mineral gübrələri əldə etməsi prosesini asanlaşdırıb. Bütün ölkəni əhatə etməklə, çox şaxəli səyyar satış xidmətlərinə start verib. Əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Milli.Az Real TV-ə istinadən bildirir ki, qurumun İdarə Heyətinin sədri Elmin Rəhmanov fermerlərin səyyar satış nöqtələrinə yaxınlaşaraq, yeni subsidiya qaydalarına əsasən heç bir əlavə sənəd və vəsait ödəmədən, tək "Fermer kartı" ilə mineral gübrəni əldə edə biləcəklərini açıqladı.

Cəmiyyət aqrar sahədə görülən işlərin mövsümə uyğun, gecikmədən, operativ olaraq həyata keçirilməsini nəzərə alaraq, gücləndirilmiş iş qrafiki ilə fəaliyyət göstərir. Belə ki, şənbə və bazar günləri də daxil olmaqla fermerlər "Aqroservis" ASC-nin istənilən rayon bölməsinə yaxınlaşaraq, mineral gübrə əldə edə bilərlər. Bu mövsüm mineral gübrələrin qiymətlərlində artım qeydə alınmayıb.

Fermerlərin mineral gübrə və pestisid sifarişlərini operativ qəbul edilməsi və səyyar xidmətlərin keçirilmə ünvanlarının fermerlərin istəyinə uyğun təşkil edilməsi üçün Cəmiyyətin yeni 1659 Satış Mərkəzi də fəaliyyətə başlayıb. Həmçinin, fermerlər Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə də müraciət edərək, təklif və şikayətləri barədə məlumat verə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.