Cəmiyyət

Şəhid ailələrinin ziyarət olunması davam edir - FOTO

12 Mart 2021 18:04
Baxış: 563
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müdafiə Nazirliyinin mütəxəssis-psixoloqları, yerli icra hakimiyyəti nümayəndələri və "Əsgərə xatirə kitabı" layihəsinin rəhbərliyinin Vətən müharibəsi zamanı şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların, yaralanmış qazilərin ailə üzvlərinin ziyarət olunması davam edir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ziyarətlər zamanı ailələrin sosial problemləri öyrənilir və onlara psixoloji dəstək fəaliyyəti həyata keçirilir.

Müdafiə Nazirliyinin zabitləri və dövlət qulluqçuları Şamaxı, İsmayıllı, Ağdaş və Şəki yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, həmçinin "Əsgərə xatirə kitabı" layihəsinin rəhbəri Nuranə Şıxəliyeva və icraçı direktoru Məltəm Şıxəliyeva psixoloji yardıma və reabilitasiyaya ehtiyacı olan şəxsləri müəyyən edərək bu problemlərin həlli istiqamətində onlara ünvanlı maddi yardım edib və psixoloji dəstək tədbirləri həyata keçirib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.