Cəmiyyət

Üç dərslikdə nöqsanlar aşkarlanıb

10 Mart 2021 16:37
Baxış: 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət İmtahan Mərkəzində respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 5-11-ci sinif "Русский язык", "Литература" və "Fizika" dərsliklərinin elmi-metodiki monitorinqi aparılıb.

DİM-dən Milli.Az-a verilən məlumata görə, 10 mart 2021-ci il tarixində fənlər üzrə işçi qrupları tərəfindən dərsliklər məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilib.

Müzakirələr nəticəsində dərsliklərlə bağlı qeyd və təkliflər bildirilib.

Fənlər üzrə işçi qrupları tərəfindən dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.