Cəmiyyət

Azərbaycan Prezidenti müharibə veteranına televizor hədiyyə etdi

27 Aprel 2010 22:36
Baxış: 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hədiyyə aprelin 27-də veterana çatdırılıb.

H.Ağamirov müharibəyə 17 yaşında gedib. Dəmiryolçu olduğundan hərbi komissarlıq onu cəbhəyə göndərməkdən imtina etsə də, o təkid edib və könüllü olaraq müharibəyə gedib. Ağır döyüşlərdə iştirak edən H.Ağamirov xidmətlərinə görə orden və medallarla təltif olunub. Müharibədən qayıdandan sonra əmək cəbhəsində də fərqlənən H.Ağamirov altı övlad böyüdüb. Hazırda 84 yaşlı müharibə veteranının nəvə-nəticələri də böyüyür.

Başqa veteranlar kimi H.Ağamirov da dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Hər ay xəstəxanada müayinə olunur və dərmanlarla pulsuz təmin edilir.

Prezident İlham Əliyev 1941-1945-ci il müharibəsində Qələbənin 65 illiyi ilə əlaqədar ona televizor hədiyyə edib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov veteranın evində olaraq, dövlətimizin başçısının hədiyyəsini ona təqdim edib.

Hazırda Gəncədə 460 müharibə veteranı yaşayır. Onlar Qələbənin 65 illiyini qeyd etməyə hazırlaşırlar.

/AzərTac/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.