Dənizçilərin xatirəsinə ucaldılmış abidənin açılışı olub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda fədakar Azərbaycan dənizçilərinin xatirəsinə ucaldılan heykəltəraşlıq kompozisiyasının açılışı olub.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) Milli.Az-a verilən məlumata görə, qurumun sifarişi əsasında hazırlanan əsərin müəllifləri xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayev, memarı əməkdar memar Elxan Əsədovdur.
Dənizkənarı bulvarda, "Suraxanı" gəmi-muzeyinin yaxınlığında yerləşən abidənin hazırlanmasında bürünc və mərmərdən istifadə olunub. Müasir tərzi ilə seçilən abidənin ölçüsü 420 sm х 410 sm, postamentinin ölçüsü isə 130 sm-dir.
Heykəltəraşlıq kompozisiyası dinamik fiqurlu dalğanı yaran gəmi pəri ilə təqdim edilib. Hərəkətdə olan su - həyat simvoludur. Hətta konkret yerdə yaranan kiçik dalğa belə su səthində yeni dalğaların əmələ gəlməsinə səbəb olur. Müəlliflərin fikrincə, hər zaman hərəkətə təkan verən, onun təməlini qoyan başlanğıc - dayaq nöqtəsi olur.
Təqdim edilən heykəltəraşlıq kompozisiyasında gəmi pəri hərəkəti yaradan əsas səbəb və istinad nöqtəsidir. Məhz o, böyük gəmiyə hərəkət verir, dövr edərək suyu təlatümə gətirir və yaranan dalğaları sürətləndirir. Bu pər Xəzərdə gəmiçiliyin inkişafını simvolizə etməklə bərabər, həm də dənizçilərin enerji mənbəyi və həyatlarının ayrılmaz atributu kimi təqdim edilib.
Möhtəşəmliyi və müasirliyi ilə diqqəti çəkən abidə dənizçi peşəsinə ölkəmizdə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Abidə nəinki dənizçilər və onların ailə üzvləri, eyni zamanda paytaxt sakinləri və şəhərimizin qonaqlarının böyük sevgi ilə ziyarət edəcəkləri məkanlardan birinə çevriləcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)
-
Nəvəsinin andiçməsindən sonra itkin düşən şəxsin meyiti tapıldı - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
-
Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto)
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto)
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - (Foto)
-
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ermənistanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)
-
Nəvəsinin andiçməsindən sonra itkin düşən şəxsin meyiti tapıldı - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - (Foto)
-
Türkiyədə helikopter qəzası - 4 hərbçi həlak olub - Yenilənib





