Cəmiyyət

128,7 hektar ərazi minalardan təmizlənib

9 Mart 2021 16:34
Baxış: 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağcabədi, Ağdam, Füzuli, Tərtər və Xocavənd rayonları üzrə ümumilikdə 128,7 hektar ərazi yoxlanılıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, 2020-ci il ərzində düşmənin hərbi təcavüzünə məruz qalmış və işğaldan azad edilmiş ərazilərdə (eyni zamanda strateji əhəmiyyətli neft-qaz kəmərlərinin və elektrik stansiyalarının yaxınlığında), habelə keçmiş hərbi sursat anbarları və hərbi poliqon ərazilərində mina və partlamamış hərbi sursatların təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatları həyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.