Arazda balıq ehtiyatları niyə azalıb? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkədə ən böyük çaylardan biri olan Araz həm də zəngin balıq ehtiyatına görə seçilib. Amma son illər Araz çayında balıq ehtiyatının azalması müşahidə olunur. Bəs balıqlar niyə azalır? Bundan çıxış yolu varmı? Cavabını əməkdaşlarımız təcrübəli balıqçılardan soruşublar.
Milli.Az xezerxeber.az -a istinadən bildirir ki, Zaur İsmayılov və Nail Məmmədov uzun illərdir həvəskar balıqçılıqla məşğul olurlar. Asudə vaxtlarını Araz çayının kənarında balıq tutmaqla keçirirlər. Bu zaman ovçuluq ənənələrinə və qanunlara əməl etdiklərini deyirlər..
Təcrübəli balıqçılar Arazda artıq əvvəlki kimi balıqların bol olmadığını bildirirlər. Əvvəlki illərdə 1 saata 2 və ya 3 iri balıq tutmaq mümkün olurdusa, indi 1 və ya 2 gün ərzində tilova 4-5 iri balıq ancaq düşür.
Araz çayı Kür çayı ilə müqayisədə balıqların kürü tökməsi üçün əverişlidir. Eyni zamanda Araz çayı bir o qədər lilli olmadığından balıqların böyük bir hissəsi kürütökmə dönəmində Xəzər dənizindən Kür çayına, oradan da Araz çayına keçir. Amma əsas təhlükə də buradan başlayır. Qanunla bu ərəfədə balığın ovlanması qadağan edilsə də, brakonyerlər gecə-gündüz kütləvi balıq ovunu həyata keçirirlər.
Araz çayında balıqların sürətlə azalmasının başlıca səbəblərindən biri də budur. Brakonyerlər çayda balıqların kütləvi ovlanması zamanı qanunla qadağan edilən müxtəlif vasitələrdən istifadə edirlər. Bəzən isə deşilmiş, cırılmış sintetik torlarını da çaya atırlar.
Balıqçılar, həmçinin onu da qeyd edirlər ki, hər balığın özünün kürüləmə dövrü var. Amma hava-iqlim şəraitinin son illərdə dəyişməsi balıqların kürü tökmə dövrünü də bir qədər tezləşdirib.
Təcrübəli balıqçılar deyirlər ki, brakonyerlərə qarşı mübarizə tədbirləri bir qədər də sərtləşdirilməlidir. Çünki belə davam edərsə, bəzi balıqların nəsli kəsilə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq





