Milli Qəhrəman Ələkbər Əliyevin oğlu: Yarımçıq qalan xoşbəxt günlərimiz yenidən başlayacaq - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İşğaldan azad edilən Qubadlı rayonuna budəfəki səfərimizdə Milli Qəhrəman Ələkbər Əliyevin övladları da bizimlə idi. Onlar öz ata yurdlarını - İşıqlı kəndini sevinc gözyaşları ilə ziyarət edərək, viran qoyulmuş evlərində şanlı üçrəngli bayrağımızı dalğalandırdılar.
Milli.Az AZƏRTAC-ın bölgə müxbirinin Qubadlının İşıqlı kəndinə səfər təəssüratlarını təqdim edir.
Avtobusumuz Cəbrayıl rayonunun dağıdılmış, sıradan çıxmış yollarında irəliləyir. Xəyal və Ruhin qardaşları yolboyu Qubadlıya - öz ata yurdlarına çatmaq üçün dəqiqələri sayırdılar. Nəhayət Qubadlıya çatırıq. Biz erməni faşistlərinin yerləbir etdiyi kəndlərə nabələd olsaq da, Qubadlı sakinləri öz yurdlarını hər daşından tanıyırlar.
İşıqlı kəndinə çatanda Milli Qəhrəmanın övladları "bura bizim kənddir", deyə sevinclə səsləndilər. İti addımlarla öz evlərinə doğru tələsən Xəyal və Ruhin 28 ildir ki, bu günü gözləyirdilər. İndi onların sevinci yerə-göyə sığımır. Lakin nə qədər sevinsələr də, ətrafı kədərli baxışlarla seyr edirdilər. Axı hər tərəf darmadağın edilib, kənd viran qoyulub.
Kəndin yolayrıcından Milli Qəhrəman Ələkbər Əliyevin evinə doğru irəliləyirik.
Hər iki qardaş öz evlərini çox rahatlıqla tapdılar və nəhayət ki, uzun illərin həsrətinə son qoyuldu. Qardaşların gözləri sevincdən yaşarmışdı. Düşmənin dağıtdığı bu ev Milli Qəhrəmanın övladları üçün sanki bir ziyarətgah idi. Qardaşlar öz ata evlərində şanlı bayrağımızı ucaldaraq, Milli Qəhrəmanın şəkilini asdılar. Şəklin üzərində isə yazılmışdı: "Ruhun şad olsun şəhidim, qisasın alındı".
On bir yaşında doğma yurdunu tərk etməli olan Xəyal Əliyev bu evdə yaşadığı o xoşbəxt anları xatırlayaraq deyir: "Bizim uşaqlıq illərimiz, gözəl günlərimiz bu evdə yarımçıq qaldı. Birinci Qarabağ müharibəsi zamanı ermənilər Qubadlını Gorus istiqamətindən atəşə tuturdu. Həmin vaxt qaçıb evin birinci mərtəbəsində gizlənirdik. Bu evin hər daşı mənim üçün əzizdir. Evimizdə qonaq otağı və yan-yana iki yataq otağı vardı. Evin digər hissəsində atam mənim üçün əlavə otaq tikdirirdi. Lakin işlər tam başa çatmadan atam döyüşlərə yollandı və qəhrəmancasına şəhid oldu...".
Xəyal hətta uşaqlıq vaxtı dəcəllik edərkən həyətdə gizləndiyi yeri də indi çox gözəl xatırlayır. "Həyətdə bir neçə böyük ağac vardı, nadinclik edəndə qaçıb ağacların arxasında gizlənirdim. Amma indi o ağaclar yoxdur. Ermənilər burada nar ağacları əkiblər, biz yaşayan vaxtı bunlar yox idi. Çox xoşbəxtəm ki, nəhayət ata yurdumu ziyarət edə bildim. İnşallah, çox qısa zamanda daimi olaraq yurdumuza köçəcəyik və o yarımçıq qalan xoşbəxt günlərimiz yenidən başlayacaq", - deyə Milli Qəhrəmanın oğlu bildirib.
Qeyd edək ki, Ələkbər Əliyev torpaqlarımız uğrunda gedən döyüşlərdə həmişə öz cəsarəti və döyüşkənliyi ilə fərqlənib. Sonuncu döyüşü Laçının Suarası kəndində olub. 1992-ci il avqustun 7-də iyirmiyədək erməni hərbçisini təkbaşına məhv edən Ələkbər Əliyev qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra Ələkbər Əliyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
XƏBƏR LENTİ
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə





